İranda qatar qəzası: ölü sayı 31-ə çatdı, 89 yaralı


İndiyə olan son məlumata görə, İranın Damğan vilayətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 31-ə çatıb, 89 nəfər xəsarət alıb.

Məlumatı IRIB TV yayıb.

Məlumata əsasən, həmin qatarlar Səmnan-Məşhəd və Təbriz-Məşhəd marşrutları üzrə hərəkət edirmiş.

İranın rəsmi şəxsləri hələ açıqlama verməyiblər.

* * *14:55

İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“PressTV” xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mustafa Mürtəzəvi bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 72 nəfər yaralanıb.

* * *13:56

İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Press TV” xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.

İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.

Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu