ABŞ susur - Rusiya


ABŞ Suriyadakı kimyəvi hücumlar qarşısında inadla susur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov çıxış edib. Puşkov ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Poveri İŞİD-in Suriyadakı kimyəvi hücumlarına laqeyd qalmasına görə tənqid edib.

Tvitter hesabından paylaşımında Puşkov "2014-ci ildən bu yana İŞİD və digər terrorçular Suriyada 52 dəfə kimyəvi silahdan istifadə etdi. Lakin BMT-dəki insan haqları müdafiəçisi Pover inadla susur. Məhz terrorçuların kimyəvi silahdan istifadə hüququnu tanıyan müdafiəçi" bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu