ABŞ İraq ordusunu bombaladı- 90 ölü, 100 yaralı


ABŞ-ın hərbi aviasiyası Mosula hücum etməyə hazırlaşan İraq ordusunu bombalayıb.

AzVision.az “Factiniraq” saytına istinadən xəbər verir ki, aviasiyanın endirdiyi iki aviazərbə nəticəsində İraq ordusunun 90 hərbçisi ölüb, 100 dən çoxu yaralanıb.

Bundan başqa İraq ordusunun hərbi texnikası iflic vəziyətə düşüb. Nəticədə hərbçilər geri çəkilməyə məcbur olub.

Bildirilir ki, ən çox zərbə alan doqquzuncu diviziyanın bir neçə hərbçisi İŞİD-çilərə əsir düşüb.

Qeyd olunub ki, ABŞ hərbi aviasiyası səhvən İraq əsgərlərini bombalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu