Bankda bomba partlayıb


Bu gün Kiyevdə banklardan birinin girişi yaxınlığında bomba partladılıb.

AFN.az "Arqumentı i Faktı" nəşrinə istinadən xəbər verir ki, partlayış nəticəsində metal və plastik konstruksiyalı vitrinlər və giriş qapıları zədələnib. Yerli polisdən ölən və yaralananların olmadığı bildirilir. Binaya da elə bir ciddi ziyan dəyməyib.
Məlumatda bildirilir ki, hələ növü müəyyən olunmayan partlayıcı qurğu Borşaqovski küçəsindəki bank şöbəsinin mərkəzi girişi yaxınlığına qoyulubmuş. Hazırda hadisə yerində təhqiqat işləri aparılır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu