İran “Boeing” şirkətindən 80 ədəd təyyarə alacaq


Bu gün İranın “İran Air” və ABŞ-ın “Boeing” şirkətləri arasında saziş imzalanıb. İran “Boeing” şirkətindən 80 ədəd təyyarə alacaq.

Alınacaq təyyarələrdən 50 ədədi “Boeing 737”, 30 ədəd “Boeing 777” tipli təyyarələrdir. “Boeing” tipli təyyarələrin ilk partiyası 2018-ci ildə İrana təhvil veriləcək.

“İran Air” şirkətinin baş direktoru Fərhad Pərvəriş APA-ya açıqlamasında deyib ki, bu təyyarələr 10 il müddətində İrana təhvil veriləcək.

Qeyd edək ki, bundan öncə “İran Air” “AirBox” və ITR şirkətləri ilə 140 ədəddən çox müxtəlif növ təyyarələrin alınmasına dair saziş imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu