Hərbi bazada partlayış: 20-dən çox əsgər yaralanıb


Cənubi Koreyanın Ulsan şəhərində yerləşən hərbi bazada partlayış baş verib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 20-dən çox əsgər yaralanıb.

Partlayış paytaxtı Seuldan 410 km cənub-şərqdə qeydə alınıb. Xəsarət alanların çoxu yanıq yarası ilə xəstəxanaya yerləşdirilib.

Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu