Rəsmi Moskvadan səfirin vurulmasına REAKSİYA


Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Türkiyədəki səfiri Andrey Karlovun güllələnməsi haqda məlumatı təsdiq edib.

“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, XİN rəsmisi Mariya Zaxarova bildirib:

“Bu gün Ankaradakı ictimai mərasim zamanı naməlum şəxs xaotik atəş açıb. Nəticədə Rusiya Federasiyasının Türkiyə respublikasındakı səfiri ağır yaralanıb”.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə hər an əlaqədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu