Türkiyə XİN-dən səfirin öldürülməsinə reaksiya


Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə nəticələnən terror aktını pisləyən bəyanat verib.

AFN-in Türkiyə mediasına istinadən xəbərinə görə,bəyanatda deyilir:

"Bu alçaq terroru lənətləyirik, hadisənin törədicisi zərərsizləşdirilib. Hadisə ən geniş şəkildə və bütün ayrıntıları ilə təhqiq ediləcək, cavabdehlər Türkiyə ədaləti tərəfindən mühakimə olunacaq. Türkiyə Rusiya ilə və bütün ortaqları ilə birlikdə terrorizimlə mücadilə üçün hər cür fəaliyyəti göstərməyə davam edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu