Putin illik mətbuat konfransını təxirə saldı


Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransını təxirə salıb.[b][/b]

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, qeyd edib ki, prezidentin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə dəyişdirilib.

D.Peskovun sözlərinə görə, dövlət başçısı Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfirinin cümə axşamı keçiriləcək dəfn mərasimində iştirak edəcək: "Vladimir Putin həmin gün mətbuat konfransının keçirilməməsi barədə qərar qəbul edib. Beləliklə, mətbuat konfransı bir gün sonra - dekabrın 23-də təşkil olunacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu