Putin Trampa məktub yollayıb


ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən məktub aldığını deyib.

“RİA Novosti” xəbər verir ki, Trampın qərargahından verilən məlumata əsasən, məktub dekabrın 15-də qəbul edilib. Putin məktubunda ümidvar olduğunu qeyd edib ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərin bərpası üçün konstruktiv addımlar atacaqlar və beynəlxalq müstəvidə əməkdaşlığı keyfyyətcə yeni səviyyəyə qaldıracaqlar.

“Vladimir Putindən çox xoş məktub idi, onun ideyaları çox düzgündür. Ümid edirəm ki, hər iki tərəf bu ideyalara sadiq qala biləcək və biz alternativ yolla getməli olmayacağıq”, - məktubu şərh edərkən Tramp deyib.

Rusiya liderinin məybuat katibi Dmitri Peskov məktubun göndərildiyini təsdiq edib və əlavə edib ki, Putin məktubda ABŞ-ın seçilmiş prezidentini Milad və Yeni il bayramları münasibətilə təbrik edib.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu