Tramp Putinin məktubundan danışdı


ABŞ-ın yeni prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən aldığı məktub haqqında danışıb.

“Reuters”in xəbərinə görə, amerikalı lider bildirib ki, Putin ikitərəfli əməkdaşlığı genişləndirməyi və Rusiya-Amerika əlaqələrini yeni səviyyəyə gətirməyi təklif edib.

D. Tramp öz növbəsində bəyan edib ki, münasibətlərin bərpası üçün lazımi addımlar atılacaq.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkiləri respublikaçı Donald Tramp qalib gəlib. Yeni dövlət başçısının inaqurasiya mərasimi 2017-ci il yanvarın 20-də keçiriləcək.(Moderator.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu