İŞİD-in 2 min silahlısı PKK sıralarına qatıldı


Terrorçu İŞİD qruplaşmasının 2 min silahlısı “PYD” və “YPG” nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıb.

"Haber7"xəbər verir ki, bunu yerli mənbələr bildiriblər.

İnformasiyaya görə, Mosulun qərbində Sincar dağı bölgəsndə PKK yeni düşərgə salıb. İŞİD-in 2 min silahlısı bu düşərgədə terrorçu PKK sıralarına qatılıb.

Ninova tayfalar məclisinin sözçüsü Muzahim əl-Huveyt İŞİD-dən PKK sıralarına keçənlərin sayının artdığını söyləyib. Onun sözlərinə görə, əvvəllər terrorçu PKK-nın 1836 silahlısı bölgədəki İŞDİ-in sıralarına qatılıb. Onlar İŞİD tərkibində çoxlu sayda terror törədiblər. İndi həmin silahlılar və onlara qoşulanlar PKK-ya qatılırlar.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu