İran ordusu irimiqyaslı təlimlərə başladı


İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb.

Bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

Onun sözlərinə görə, təlim 496 kv km ərazidə 5 gün davam edəcək: “Hərbi təlimlər İranın Oman dənizi və körfəzdəki 3 adasındakı hava və su sərhədlərini əhatə edəcək”.

F.İsmaili deyib ki, təlimlərdə İnqilab Keşikçiləri Qvardiyasının Hava Hücumundan Müdafiə bölmələri, dəniz donanmasının əməliyyata nəzarət hərbi hissələri, artilleriya və müşahidə tağımları iştirak edəcək.(report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu