Dövlət Departamenti Putinin sanksiyalara cavabını şərh etməyib


ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin dünənki sanksiyalara cavabını şərh etməyib. Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin müxbirinə Amerikanın xarici işlər idarəsinin əməkdaşı məlumat verib.

“Biz prezident Putinin cavabını gördük. Əlavəmiz yoxdur”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.

Xatırladaq ki, dekabrın 29-da ABŞ prezidenti Barak Obama rusiyalı hakerlərin Amerikadakı prezident seçkilərinin gedişinə müdaxiləsinə cavab olaraq, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Sanksiyalara əsasən, 35 rusiyalı diplomatdan yanvar ayının 1-i saat 20:00-dək ABŞ ərazisini tərk etmək tələb edilib.

Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin sanksiyalara cavab olaraq, ölkəsinin heç kimi qovmaq fikrində olmadığını bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu