Tramp Putindən yazdı: "Çox ağıllı adamdır"


ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin amerikalı diplomatların ölkədən çıxarılmaması haqda qərarını alqışlayıb.

Bu barədə Tramp özünün “Tvitter” hesabında yazıb.

“Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”,- deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Rusiya prezidenti isə ABŞ-ın bu addımına amerikalı diplomatların ölkədən qovulması ilə cavab verilməyəcəyini bəyan edib.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu