Türkiyəyə səfər edənlərin sayı il ərzində 30% azalıb


Noyabr ayında Türkiyəyə səfər edənlərin sayı bir il əvvəlki eyni göstərici ilə müqayisədə 21%-dən çox azalıb. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir.

Qurumun xəbərinə görə, noyabr ayında Türkiyəyə 1 milyon 350 min nəfərdən çox əcnəbi gəlib. Yanvar-noyabr aylarında ölkəyə daxil olmuş xarici ölkə vətəndaşlarının sayı isə 24 milyon nəfərdir. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 30,85% azdır.

Türkiyəyə ən çox səfər edən Gürcüstan vətəndaşlarıdır. Noyabrda Gürcüstandan qonşu ölkəyə 174 min nəfər gəlib ki. bu da turistlərin ümumi sayının 12,9 faizidir. İkinci yeri Almaniya (131 min - 9,7%), üçüncü yeri Bolqarıstan (123,5 min – 9,1%) tutur.

11 ayın yekununa görə isə, birincilik almaniyalılardadır – 3,8 milyon nəfər (15,6%). İkinci və üçüncü yerləri isə müvafiq olaraq Gürcüstan (2 milyon – 8,5%) və Böyük Britaniya (1,7 milyon – 7%) tutur.

Rusiyadan bu il Türkiyəyə cəmi 822,2 min nəfər gəlib ki, bu da illik 77,3% azalma deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu