Almaniyada polis yüzlərlə afrikalını saxlayıb


Yeni il gecəsi Köln polisi yüzlərlə afrikalını saxlayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ötən il miqrant və qaçqınların şəhərlilərə kütləvi hücumunun təkrarlanmasının qarşısını almaq üçün əməliyyat keçiriblər.

Əməliyyat Kölnün iki əsas dəmir yolu vağzalında keçirilib. Polislər saxlanılan şəxsləri dindirib və sənədlərini yoxlayıblar.

Hüquq-mühafizə orqanlarının məlumatıına əsasən, Köln küçələrini 1500-ə yaxın polis qoruyub. Bayram şənliklərində miqrantların qadınlara qarşı zorakılıq hərəkətləri qeydə alınmayıb.

Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri polisin bu addımını qınayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu