Almaniya XİN: Trampın mövqeyi bizə aydın deyil


ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Suriya daxil olmaqla, xarici siyasətlə bağlı əsas məsələlərə dair mövqeyi Almaniya hökumətinə aydın deyil.

APA-nın məlumatına görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şefer deyib.

O qeyd edib ki, hətta son həftələrdə hökumət nümayəndələrimizin Vaşinqtonda keçirdiyi görüşlər bu məsələyə aydınlıq gətirməyib.

Xatırladaq ki, Almaniya hökuməti Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən narahatdır. Rəsmi Berlin hesab edir ki, bu, baş versə, Qərb dövlətlərinin vahid mövqeyinə zərbə vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu