Trampın ilk mətbuat konfransını keçirəcəyi gün məlum olub


Donald Tramp ABŞ prezidenti seçildikdən sonra ilk böyük mətbuat konfransını yanvarın 11-də keçirməyi planlaşdırır.

Musavat.com “CNN” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Trampın müşaviri Kellen Konuey bildirib.

Tramp öz “Twitter” hesabından jurnalistlərin suallarına 2016-cı ilin dekabr ayında keçirəcəyi böyük mətbuat konfransında cavab verəcəyini bildirmişdi. Lakin o, sonradan bu mətbuat konfransını təxirə saldı.

Müşavirin sözlərinə görə, yeni mətbuat konfransının vaxtı Trampla razılaşdırılıb. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama son mətbuat konfransını yanvarın 10-da Çikaqoda keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu