BMT yeni baş katibi: “Məndən möcüzələr gözləməyin”


BMT-nin qarşısında duran problemlərin həllində məndən möcüzələr gözləməyin.

Bunu jurnalistlərə açıqlamasında BMT-nin yeni baş katibi Antonio Quterreş söyləyib.

O, BMT-ni qarşıda çox çətin zamanların gözlədiyini bildirib:

“Dünyada qarşılıqlı konfliktlərin sayı artır. Nəticədə qlobal terrorizm artır və İkinci Dünya Müharibəsindən bu yana müşahidə edilməyən qaçqın köçü davam edir. Biz problemlərin qlobal olduğu və ölkələrin təkbaşına bunları həll edə bilməyəcəyi dünyada yaşayırıq. BMT hazırkı vəziyyətində qlobal çağırışlara effektiv reaksiya vermək vəziyyətində deyil. Ona görə də təşkilata təcili islahatlar lazımdır”. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu