İsrail prezidenti Gürcüstana gəlir


İsrail prezidenti Reuven Rivlin yanvarın 9-10-da Gürcüstanda rəsmi səfərdə olacaq. “Apsny” xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, səfər zamanı dövlət başçısı xanımı Nehama Rivlin müşayiət edəcək.

Yanvarın 9-da yəhudi dövlət başçısı Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüş keçirəcək. Prezidentlər KİV üçün görüşün yekununa dair birgə bəyanat verəcəklər.

Məlumata görə, elə həmin gün R.Revlin Gürcüstanın baş naziri Georgi Kvirkvaşvili ilə görüşəcək. Bundan sonra o, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidza ilə bir araya gələcək.

Xəbərdə bildirilib ki, yanvarın 10-da səfərin sonuncu günü isə İsrail prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu