MAR-da BMT sülhməramlısı öldürülüb


Mərkəzi Afrika Respublikasında son həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Uam-Pende prefekturasının Koyi şəhərində xidməti vəzifəsini həyata keçirən sülhməramlılara 50 nəfərə yaxın silahlı hücum edib. Hadisə nəticəsində Banqladeşdən olan sülhməramlı həyatını itirib”, deyə S.Düjarrik bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu