ABŞ ən müasir təyyarələrini Yaponiyaya yerləşdirdi


ABŞ Yaponiyadakı bazalarına F-35B beşinci nəsil hərbi təyyarələrini yerləşdirib.

Bu barədə informasiyanı ABŞ Dəniz Piyadaları Korpusunun mətbuat xidməti yayıb.

Təyyarələr Yaponiyaya yanvarın 9-da gəlib.

Qeyd edək ki, dekabrda Yaponiya F-35-lərin ölkə ərazisinə gətirilməsinə izn verib.

F-35 təyyarəsi tarixin ən bahalı təyyarələrindən biri hesab edilir. ABŞ bu layihənin reallaşdırılması üçün indiyə qədər 56,4 milyard dollar xərcləyib. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu