Trampla məşhur telekanal arasında qalmaqal


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dünyanın ən məşhur telekanallarından olan CNN arasında qalmaqal davam edir.

AzVision.az xəbər verir ki, Tramp ötən gün keçirdiyi mətbuat konfransında baş verənlərdən sonra yenidən “Twitter” səhifəsində CNN-nin əleyinə fikir bildirib.

Tramp CNN-nin getdikcə etibarını itirdiyini, seçkilərdən sonra telekanalın çöküş içində olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən gün keçirdiyi ilk mətbuat konfransında Tramp CNN-nin müxbirinin ona sual ünvanlamasına icazə verməyib.

“Siz yalan xəbərlər hazırlayan bir qurumsunuz” – yeni prezident jurnalistlərə deyib.
Müxbirin “Şirkətimizə sözlərinizlə hücum edirsiniz” cavabına əsəbiləşən ABŞ prezidenti “Qurumunuz çox bərbaddır” - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu