Suriyada 2 mindən çox terrorçu məhv edilib


Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində məhv edilən terrorçuların statistikası açıqlanıb.

AzVision.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, 2016-cı il avqustun 24-dən bu günə qədər Türkiyə ordusu tərəfindən 1775 İŞİD-çi məhv edilib. Onlardan 250-si yaralı və 7-si sağ olaraq ələ keçirilib.

Əməliyyatlar nəticəsində PKK/PYD terrorçu qruplaşmasının 310 yaraqlısı zərərsizləşdirilib. Türkiyə qırıcıları Suriya ərazisində 1141 hədəfə 1233 bomba atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu