Hindistanda faciə: qayıq aşdı, 26 nəfər suda batdı


Hindistanda Qanq çayında qayıq çevrilib. Nəticədə 26 nəfər həlak olub.

Virtualaz.org xarici KİV-ə istinadən xatırladır ki, hadisə şənbə günü axşam Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində, Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 cəsədi sudan çıxarıblar. Bu səhər isə daha 4 nəfərin cəsədi tapılıb.

Məlumatda qeyd olunur ki, 30 nəfər üçün nəzərdə tutulan qayığa 50-dən çox insan minib. Çaya düşənlərdən 10-12 nəfəri üzərək sahilə çıxa bilib. Daha 8 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu