“İskəndər” raketləri 2014-cü ildən Ermənistandadır: sensasion bəyanat




Moskva Dövlət Universitetinin Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə mərkəzinin Siyasi proqnozlar şəbəsinin rəhbəri, politoloq Aleksandr Karavayev Ermənistan KİV-ə müsahibəsində maraqlı və sensasion bəyanatla çıxış edib.

Rusiya silahlarının Azərbaycana təchizatı ilə bağlı şərh verərkən Karavayev bildirib ki, bu, Rusiyanın Azərbaycan tərəfinin Ermənistana “İskəndər” raket komplekslərinin satışı ilə bağlı narahatlığına cavabıdır.

Ekspertin sözlərinə görə, danışıqlar müsbət nəticələnərsə və Azərbaycana hərbi texnikanın yeni partiyası göndərilərsə, bu, vəziyyəti heç cür gərginləşdirməyəcək, çünki Rusiya regiondakı vəziyyəti nəzarətdə saxlayır.

Daha sonra Karavayev bəyan edib ki, “İskəndər”lər hələ 2014-cü ildən Ermənistanda “konkretləşdirilməmiş statusda” idilər. “Sadəcə olaraq, bu yaxınlarda onların statusu konkretləşdirilib və onlar Ermənistanın nəzarətinə keçib”, - ekspert bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu