Tillerson ABŞ-ın yeni dövlət katibi oldu




ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tillerson ABŞ-ın sayca 69-cu dövlət katibi olub.

Xatırladaq ki, Tillerson “Exxon Mobil”ın rəhbəri olub. O, 2013-cu ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Hətta bu ordeni Reksə prezidentin özü təqdim edib. ABŞ-ın yeni prezidenti Donald Tramp isə Reks Tillersonu 2016-ci il dekabrın 13-də dövlət katibi vəzifəsinə namizəd elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu