Nazir bir nəfərin ölümünə görə istefa verdi


Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefası ilə bağlı ölkənin baş nazirinə müraciət edib.

Bu barədə oxu.az Gürcüstan KİV-nə istiandən xəbər verir.

“Baş nazirə istefa xahişi ilə bağlı müraciət edirəm. Mənim qərarım son zamanlar mənim guya Zurab Vazaqaşvilinin öldürülməsində iştirak etmiş şəxsləri gizlətməyimlə bağlı yayılmış ittihamlarla bağlı qəbul olunub. Bu ittihamların həqiqətə uyğun olmamasına baxmayaraq, mənim mənəvi öhdəliyim var və mən vəzifəmi tərk edirəm”, - Çikaidzenin bəyanatında deyilir.

Qeyd edək ki, hüquq müdafiəçisi Zurab Vazaqaşvili Kasp rayonunda (Şida Kartli regionu) qəbiristanlıqda partladılıb.

Partlayış Vazaqaşvilinin oğlunun məzarı üzərində baş verib. Əldə olunan məlumatlara görə, qurğu güldana quraşdırılıbmış.

Gürcüstan prokurorluğu hadisə ilə bağlı “Qəsdən adamöldürmə” maddəsi ilə təhqiqata başlayıb.

Vazaqaşvilinin oğlu 2006-cı ildə, quldurluqda şübhəli bilinən şəxslərin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat zamanı öldürülüb. Müxalifət nümayəndələri və hüquq müdafiəçiləri silah tətbiq etmiş polisin hərəkətlərinin qanuna zidd olduğunu bildirirdilər. 2007-ci ildə ilkin istintaq polislərin səlahiyyətlərini aşmamaları barədə qərar çıxarsa da, 2012-ci ilin sonunda, Gürcüstanda hakimiyyət dəyişdikdən sonra təhqiqat yenidən başladı.

Bildirilir ki, Vazaqaşvilinin özü Saakaşvilinin dövründə onun hakimiyyətinə qarşı çıxır, etiraz aksiyaları təşkil edirdi. O, hazırda Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasını dəstəkləsə də, son zamanlar onların işindən narazı olduğunu da gizlətmirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu