Ukrayna NATO ilə iki müqavilə imzalayacaq


Ukrayna ilə NATO arasında rabitə və informasiya, eləcə də əməkdaşlığa dəstək sferasında memorandumlar imzalanacaq.

AFN.az qazeta.ru saytına istinadən xəbər verir ki, bu barədə hökumət iclasının gedişində Ukraynanın baş naziri Arsenyi Yatsenyuk məlumat verib.
“Hökumət Ukrayna ilə NATO arasında rabitə və informasiya əməkdaşlığı sahəsində konsultasiya məsələləri, idarəetmə, rabitə, kəşfiyyat və “Sülh naminə tərəfdaşlıq” proqramları çərçivəsində müşahidə və kəşfiyyat yolu ilə araşdırmalar aparılması sferasında müqavilələrlə bağlı memorandumlar imzalayacaq”, - deyə, Yatsenyuk bəyan edib.
Baş nazirin sözlərinə görə, bundan əlavə Ukrayna hökuməti ilə Şimali Atlantika Alyansı arasında “NATO ilə birgə dörd inam layihəsinin, o cümlədən, hərbi-texniki əməkdaşlıq, rabitə vasitələri, yeni kommunikasiyalar və yeni informasiya texnologiyalarının, həyata keçirilməsini nəzərdə tutan sazişlər də imzalanacaq”.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu