Ermənistan hər il 29-30 min nəfər tərk edir




Son illərdə Ermənistanı hər il 29-30 min nəfər tərk edir.

AFN bildirir ki, bu rəqəmləri Ermənistan miqrasiya idarəsinin rəisi Qagik Yeqanyan bəyan edib. Bu haqda lragir.am erməni saytı məlumat yayıb.

“Mühacirəti üç mərhələyə bölmək olar. Ən kütləvi mühacir axını 1992-94-cü illərə təsadüf edir, o vaxt ölkəni 600 min nəfər tərk edib. 1995-2001-ci illərdə stabilləşmə müşahidə olunub, lakin buna baxmayaraq Ermənistandan 250 min nəfər gedib”, - Yeqanyan belə deyib.

Onun sözlərinə görə 2002-2007-ci illərdə Ermənistanı hər il 25-26 min nəfər tərk edib. 2015-ci nildə isə bu rəqəm 29-30 min nəfərə yüksəlib.

Beləliklə, ermənilərin özlərinin apardığı statistikaya istinad etsək, Ermənistanı həmin illər ərzində tərk edənlərin sayı 1 milyon nəfərdən xeyli çox olub.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu