Ermənilər Kəlbəcər yolunu bağladılar- etiraz aksiyası




Ermənistanın Vardenis rayonunda etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yerli sakinlər Vardenis-Kəlbəcər yolunu bağlayaraq etirazlarını bildiriblər.

Erməni kəndlilərin etirazına səbəb icmaların birləşdirilməsini nəzərdə tutan layihənin irəli sürülməsidir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti "İnzibati bölgü haqqında" qanuna dəyişikliklər edərək 118 icmanı 15 icma ətrafında birləşdirməyi planlaşdırır.

Aparılan inzibati yerdəyişmə isə kəndlilərin təsərrüfat, yaşam şəraitlərini daha da pisləşdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu