Qətərlə Səudiyyə rəsmiləri arasında əlbəyaxa dava olub




Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Küveytdə keçirilən iclasında Qətər ilə Səudiyyə Ərəbistanının nümayəndələri arasında əlbəyaxa dava düşüb.

AFN AzərTAc-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndəsi çıxışı zamanı Qətəri nalayiq sözlərlə təhqir edib. Qətər nümayəndələri isə cavab verərək ayağa qalxıblar və bundan sonra əlbəyaxa dava başlayıb.

İclasın təhlükəsizliyini təmin edən mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa davaya son qoyulub. Hər iki dövlətin nümayəndə heyətinin bir yerdə olması problem yaratdığı üçün iclas dayandırılıb və başqa vaxta keçirilib.

Əlbəyaxa dava sosial şəbəkələrdə də yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu