Zəvvarları daşıyan avtobus qəzaya düşdü: 2 ölü, 36 yaralı




Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu