Terrorda şübhəli bilinən şəxslər saxlanıldı




Bu gün Almaniyanın Ştutqart şəhər aeroportunda təyyarədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan iki nəfər saxlanılıb.[b][/b]

APA xəbər verir ki, bu barədə "Stuttgarter Zeitung" qəzeti məlumat yayıb.

Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə saxlanılıb. Saxlanılan şəxslərin ifadələri açıqlanmayıb, söhbətin terror aktı, yaxud uğursuz zarafatdan gedib-getmədiyi məlum deyil. Saxlanılanların yaşı və milliyyəti barədə də məlumat verilmir.

"Bulgaria Air" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib, təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Aeroportun fəaliyyəti isə müvəqqəti dayandırılıb.

Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu