Cənubi Koreya nüvə energetikası ilə bağlı planlarından imtina edir





Koreya Respublikasının nüvə energetikasının inkişafına istiqamətlənmiş siyasəti dəyişdiriləcək. Belə bir bəyanatla ölkə prezidenti Mun Çe-in bazar ertəsi günü “Kori-1” atom elektrik stansiyasının (AES) istismardan çıxarılması mərasimində çıxış edib.



AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prezident bu hadisəni Koreya Respublikasında ekologiyanın qorunmasını və davamlı artımı təmin edəcək təhlükəsiz energetikanın yaradılması yolunun başlanğıcı kimi dəyərləndirib. O qeyd edib ki, yeni güclü zəlzələ nəticəsində AES-lərin zədələnməsi fəlakətli fəsadlara gətirib çıxara bilər. Dövlət başçısı mövcud stansiyaların təhlükəsizliyi üzrə tədbirlər görəcəyini, yenilərinin tikilməsinə dair bütün planların üstündən isə xətt çəkəcəyini vəd edib.

Cənubi Koreyada hazırda ölkədə istifadə olunan elektrik enerjisinin təxminən üçdəbirini verən 23 bloklu dörd böyük AES fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu