Şimali Koreyanın həbs etdiyi amerikalı tələbə dünyasını dəyişdi




Təxminən bir həftə əvvəl Şimali Koreyadan Amerikaya təhvil verilən Otto Vormbier dünyasını dəyişib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Virciniya Universitetinin tələbəsi olan 22 yaşlı Ottoya Şimali Koreyada təbliğat lövhəsini oğurladığı üçün 15 il ağır iş cəzası verilmişdi. Həbsdə qaldığı son 17 ayın bir ilini isə komada keçirib.

Şimali Koreya rəsmiləri gəncin qida zəhərlənməsindən sonra yuxu dərmanı qəbul etdiyini və ayılmadığını iddia edirdi. Amerikadakı müayinələrdən sonra Vormbierin ciddi beyin travması aldığı ortaya çıxıb. Gəncin ailəsi Ottonun Şimali Koreyanın oğullarına verdiyi işgəncəyə görə öldüyünü bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu