NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmaq istədi




NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.

TASS-ın verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcılarından ibarət mühafizə dəstəsi müşayiət edib.

Bu vaxt NATO qırıcılarından biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.

Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu