ABŞ səfiri: "Rusiya imkan vermir ki, Gürcüstan..."




ABŞ-ın Tbilisidəki səfiri İan Kelly deyir ki, Rusiya Gürcüstanın NATO-ya qoşulmasını əngəlləyir və onun müstəqilliyinə hörmət etmir.Diplomat belə bir bəyanatla ABŞ-la Gürcüstan arasında diplomatik əlaqələr qurulmasının 25 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.

“Rusiya Gürcüstanın NATO-ya daxil olmaması üçün əlindən gələni edir. Gürcüstanın, qonşularının müdafiəsi və suverenliyindən çox danışan, amma əslində heç nəyi müdafiə etməyən qonşusu var”, deyə səfir vurğulayıb.

Kellinin sözlərinə görə, Moskva Gürcüstanı suveren, müstəqil dövlət hesab etmir və elə vəziyyətdə saxlayır ki, NATO-ya daxil ola bilməsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu