ABŞ-ın raketdən müdafiə sınağı uğursuz oldu




ABŞ-da bir ay ərzində gerçəkləşdirilən ikinci raket sınağı uğursuz olub.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın Raket Medafiə Agentliyi çərşənbə günü Sakit okeanda "USS John Paul Jones" bazasına "Hawaii" mərkəzindən atılan ballistik raketlərin qarşısının alınması məqsədilə sınaq həyata keçirib. Sınağın uğursuz olduğu, həm ballistik raketin, həm də "SM-3Block IIA" adlı raket-müdafiə sisteminin dənizə düşdüyü bildiilib.

Qeyd edək ki, ortamənzilli ballistik raketlərə qarşı hazırlanan "SM-3Block IIA" raket-müdafiə kompleksi ABŞ və Yaponiyanın ortaq layihəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu