Suriyaya keçmək istəyən britaniyalılar Türkiyədən qovuldu


Türkiyə hökuməti Suriya ərazisinə keçmək istəyən doqquz britaniyalını ölkədən deportasiya edib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə France press agentliyi məlumat yayıb.
Polisdən verilən məlumata görə, Birləşmiş krallığın vətəndaşlarından ibarət doqquz nəfərlik dəstə, aprelin 1-də İŞİD yaraqlılarına qoşulmaq məqsədilə Türkiyə-Suriya sərhədini keçməyə cəhd göstərib. Türkiyə sərhədçiləri bu keçidin qarşısını ala bilib. Dəstə üzvlərinin hamısı sərhəddə ələ keçirilib.
Saxlanılanlardan dörd nəfəri yetkinlik yaşına çatmayanlardır. Bundan əlavə, Böyük Mançestrin Roçdeyl qraflığı rayonunun bələdiyyə şürasının leyboristlər partiyasından olan üzvü Şakil Əhmədin oğlu Vahid Əhməd də, İŞİD-ə qoşulmaq istəyənlərin sırasında olub.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu