Türkiyədə İŞİD üzvü olan 5 terrorçu-kamikadze yaxalandı




Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Hatay bölgəsində 5 terrorçu-kamikadzeni yaxalayıblar.

AzərTAc bildirir ki, onlardan silah-sursat, o cümlədən kamikadzelərin istifadə etdikləri partlayıcı kəmər götürülüb.

Baş nazir Binəli Yıldırım ictimaiyyət qarşısında çıxışında deyib ki, ələ keçən kamikadzelər Ramazan bayramı günlərində ölkədə terror aktı törətmək niyyətində olublar. İkisi Türkiyə, üçü Suriya vətəndaşı olan terrorçular İŞİD qruplaşmasının üzvləridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu