Putin Netanyahunu inandırmağa çalışıb...


C-300 zenit-raket kompleksləri istisnasız olaraq müdafiə xarakteri daşıyır və İranın İsrailə hücum etməsinə imkan vermir.

AFN.az censor.net saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətində belə bəyan edib.
Kremlin mətbuat-xidmətindən bildiriblər ki, Putin söhbət zamanı sözügedən raket komplekslərinin yalnız müdafiə xarakterli olmasına diqqət çəkib və C-300 komplekslərinin İsrailin, eləcə də Yaxın Şərq regionunun digər ölkələrinin təhlükəsizliyi üçün heç bir təhlükə kəsb etmədiyini bildirib.
İsrail baş nazirinin mətbuat-xidmətinin rəhbəri öz növbəsində deyib ki, Netanyahu Putinlə söhbətində İrana C-300 zenit-raket komplekslərini satışına qoyulan qadağanın Rusiya tərəfindən aradan qaldırlmasından narazı olduğunu bəyan edib.
İsrail KİV-lərinin məlumatına görə, İsrail də buna adekvat cavab addımlar ata bilər. Məsələn, Təl-Əviv Ukrayna və Gürcüstana silah göndərilməsinə qoyulan qadağaları aradan qaldıra bilər.
Yeri gəlmişkən, İsrail İranı öz milli təhlükəsizliyi üçün başlıca təhlükə hesab edir, xüsusilə də bu ölkənin nüvə proqramını.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu