Qətər əmiri onlara hazırlanan tələdən danışdı




Qətər əmiri Şeyx Təmim Qətərə qarşı sanksiyaların əvvəlcədən planlaşdırıldığını deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, körfəz böhranından bəri ilk dəfə açıqlama ilə çıxış edən Qətər əmiri "Ciddi böhtan və sanksiyalara məruz qaldıq. Qətərə qarşı hazırlanan bu kampaniya əvvəlcədən planlaşdırılıb. Biz bu imtahandan qalib çıxdıq" deyib.

Qeyd edək ki, Qətər televiziyasında yayımlanan, İranı tərifləyən, ABŞ əleyhinə fikir səsləndirilən videonun kiber hücum olduğu bildirilirdi. Son məlumatlara əsasən isə hücumun BƏƏ tərəfindən edildiyi deyilir. Bu hücumdan sonra Qətər terrorizmi dəstəkləməkdə ittiham edilmiş və körfəz ölkələrinin sanksiyalarına məruz qalmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu