Pakistanda partlayış: 28 nəfər ölüb, 60-a yaxın yaralı var




Pakistanın Lahor şəhərində terror aktı törədilib. Partlayış nəticəsində 28 nəfər ölüb, onlarla yaralı var.

Partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir. Məlumatda qeyd olunur ki, 60-a yaxın yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən 8-i polis əməkdaşıdır. Yaralılar arasında da polislərin olduğu bildirilir.

Terror aktına görə, məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu