Şimali Koreya yenə raket buraxacaq




Şimali Koreyanın 6 gün ərzində yenidən raket buraxacağı barədə məlumat yayılıb.

Bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

Pentaqon nümayəndəsinin sözlərinə görə, Kuson şəhərinə xüsusi avadanlıqların daşındığı məlum olub ki, bu avadanlıq məhz raket buraxılması zamanı istifadə olunur.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, adətən belə daşınmalar olan zaman 6 gün ərzində raket buraxılması həyata keçirilir.

Bu hadisənin də məhz ölkədə Koreya müharibəsinin bitməsi ilə bağlı olduğu ehtimal edilir.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu