Türkiyə Rusiyadan “S-400”-ləri aldı- ABŞ-a mesaj?




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə S-400 tipli zenit-raket komplekslərinin tədarükü üzrə saziş imzalayıb.

Bu barədə AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir. “Biz Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik”, - deyə Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

Türk lider nə vaxt və hansı sənədlərin imzalanmasını dəqiqləşdirməyib.

Ərdoğan əlavə edib ki, Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir: “Əgər birgə istehsal imkanı varsa, onda bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la birgə illərdir ki, edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq. Yunanıstan “S-300”-lər istifadə edir və bu ABŞ_ı narahat etmir. Niyə onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu