Ermənistanda itən vəzifəli şəxsin cəsədi tapılıb




İki gün əvvəl itkin düşən Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın cəsədi tapılıb.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də, saat 23:30-da, Myasnikyan-Dalarik yolunun üçüncü kilometrliyində, "Dalarik Dərəsi" adlanan ərazisində itkin düşmüş kimi axtarışda olan 1965-ci il təvəllüdlü Manuk Simonyanın meyiti aşkar edilib.

Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq aparılır.

“Shamshyan.com” saytının məlumatına görə, mərhumun cəsədi kriminal aləmdə ölüm üsullardan biri olan başı dəmir məftillərlə daşa dolanmış vəziyyətədə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu