ABŞ üç ölkə əleyhinə yeni sanksiyalar qanunu qəbul edib




ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib.

419 konqresmen qanun layihəsinin lehinə, üç nəfər əleyhinə səs verib. On iki konqresmen isə bitərəf qalıb.
Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.

Xatırladaq ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu