Ağ Ev administrasiyası İran hərbi bazalarının təftişində israrlıdır





ABŞ Prezidenti Donald Trampın administrasiyası İrandakı “şübhəli” hərbi bazaların yoxlanılmasında təkid edir.



AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, təftişin aparılması üçün sorğu Trampın Tehranla mövcud razılaşmalar barədə qərarına ciddi təsir göstərə bilər. Əgər Tehran yoxlamaların keçirilməsinə mane olarsa, Trampın İranın sövdələşməyə əməl etmədiyi və sazişin mümkün pozulmasında bu ölkənin məsuliyyət daşıdığını deməsinə əsas yaranacaq.

İrandakı yeni obyektlərdə təftiş aparmaq üçün ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin və sazişdə iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini almalıdır. Lakin Vaşinqton bu məsələdə müqavimətlə üzləşib, belə ki, o, İranda yerləşən hərbi obyektlərdə qadağan olunmuş fəaliyyətlərlə bağlı inandırıcı sübut təqdim etməyib. Agentlikdəki mənbənin məlumatına görə, ABŞ hazırda lazımi sübutların axtarışı üçün kəşfiyyat aparır.

Xatırladaq ki, İran və beynəlxalq vasitəçilər 2015-ci il iyulun 14-də İran atomunun çoxillik probleminin tənzimlənməsi barədə tarixi sazişə nail olub və bu barədə müştərək fəaliyyət planı qəbul edilib. Onun yerinə yetirilməsi BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən əvvəllər İrana qarşı tətbiq olunan iqtisadi və maliyyə sanksiyalarını aradan qaldırır. Plan 2016-cı il yanvarın 16-da qüvvəyə minib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu